4 Sentyabr 2023 12:12
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Ermənistan və Azərbaycan arasındakı son gəlişmələri müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti rəsmi mənbələrə istinadla məlumat yayıb.

“Azərbaycan Türkiyənin dəstəyi ilə 44 günlük Vətən Müharibəsində işğal olunmuş torpaqlarını azad etdi. Son həftələrdə bölgədə gərginlik artır. Azərbaycan regionda öz humanitar öhdəliklərini yerinə yetirərkən, Ermənistanın kamikadze pilotsuz təyyarələrlə sərhəddə gərginliyi yüksəldir. Qafqazda qalıcı sülh danışıqlarında irəliləyiş olan kimi, erməni diasporu və bəzi Qərb dövlətləri təxribatlarla prosesi pozmağa başlayıblar. Ərdoğanla Putinin görüşündə Qafqaz və Qara dənizdə sülh və sabitliyin qorunması mövzusunun müzakirə ediləcəyi gözlənilir”, - məlumatda deyilir.

Türkiyə lideri Rusiyaya bu gün gedəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər