11 Sentyabr 2023 17:36
13 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan açıq-aşkar Rusiya ilə münasibətləri gərginləşdirir. Təəssüf ki, bu, yaxşı heç nə gətirməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu “Rossiya-1” telekanalının efirində aparıcı Dmitri Kiselyov məlumat verib.

“Deyəsən, Paşinyan inciyib, amma özü bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri ilə tanıdı, bu da Qarabağın Azərbaycan olması deməkdir. Bundan əvvəl Şuşaya getmişdi, bu, Azərbaycanın qəzəbinə səbəb oldu və ərazi məsələsinin güc yolu ilə həlli üçün təxribata çevrildi.

Bundan sonra Putin mühasirədə olan 30 minlik erməni ordusunu xilas etməli oldu, əks halda böyük qan töküləcəkdi. Bunu hamının xatırlaması yaxşı olardı. Qırılma olmadan. Bu, dövlətlərarası münasibətlərə də aiddir. Bu yolda Ermənistanın qələbəsi yoxdur. Ötən günlərdə Paşinyan Blinkenlə telefonla danışdı. Amma amerikalılar ayaqlarını Ermənistana siləcəklər. Xəritədə tapıb siləcəklər”, - Kiselyov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər