15 Sentyabr 2023 22:24
5 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan ABŞ tərəfindən Rusiya, İran və Çini Cənubi Qafqazda sıxışdırmaq baxımından nəzərdən keçirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan deyib.

“ABŞ dövlət katibinin köməkçisi Yuri Kim Senatdakı dinləmədə açıq formada bildirdi ki, ABŞ imkan daxilində inkişaf, müdafiə və təhlükəsizlik sahəsində Ermənistana dəstəyi genişləndirməlidir, bu regionda Rusiya, İran və Çinin təsirinə qarşı çıxmaq üçün strateji imkanları var.

Yəni ABŞ “erməni məsələsi”nə başqa cür yox, sırf Qərb-Şərq qarşıdurması kontekstində baxır. “ABŞ Qarabağ və Ermənistana heç bir hücuma dözməyəcək” ifadələri sadəcə sözdür. Çünki həmin ABŞ Türkiyənin müttəfiqidir, regionda hərbi qarşıdurmanın təşəbbüskarlarından biridir”, - sabiq deputat söyləyib.

Abovyanın sözlərinə görə, amerikalıların Ermənistana və Qarabağ ermənilərinə “qəfil sevgi”si Türkiyə ilə koordinasiyalı hərəkətin tərkib hissəsidir:

“Əslində, vəziyyət başa düşüləndən də artıqdır. 2018-ci ildən başlayaraq Ermənistanda praktiki əsasda yeni geosiyasi reallığın formalaşdırılması proqramı həyata keçirilir, burada regionda Rusiya və İranın sıxışdırılmasına önəm verilir.

Rusiyanın bu durumda özünü necə aparacağını bilmirəm, amma İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan artıq erməni həmkarı Ararat Mirzoyana bildirib ki, Tehran regionda üçüncü ölkələrin mövqelərinin güclənməsinə dözməyəcək. O, açıq şəkildə bunun Ermənistan üçün mənfi nəticələrin olacağına işarə edib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər