Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzi bu gün Yevlaxda baş tutan görüşün xoş əhval-ruhiyyə olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Azərbaycan və Türkiyə tərəfləri ilə sıx əməkdaşlıq edirik. Onların heç biri işimizə maneə yaratmır. Əksinə, hamı çox dəstək olur. Tərəflər razıdırlar. Tam qarşılıqlı anlaşma və qarşılıqlı yardım var”, - Rusiya nümayəndəsi bildirib.