28 Sentyabr 2023 12:11
6 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 5-də Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşündə ciddi qərarlar qəbul edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

"Oktyabrın 5-də Qranadada Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş planlaşdırılır. Bu, sentyabrın 24-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Brüsselə gedəcəyi açıqlananda bəlli olub. Rəsmi məlumata görə, o, sentyabrın 26-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə həmin görüşə hazırlıq məqsədilə görüşüb.

Görüş onlara oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşü ilə bağlı fikir mübadiləsi aparmaq imkanı verib. Görüşdə bildirilib ki, Ermənistan və Azərbaycan münasibətlərin normallaşmasına yönəlmiş səyləri davam etdirmək üçün Qranadadakı mümkün görüşdən istifadə etməkdə maraqlıdır. Oktyabrın 5-də keçiriləcək görüşdə sərhədlərin demarkasiyası, təhlükəsizlik, kommunikasiyalar, humanitar və sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Üstəlik qeyd olunur ki, nizamlanma prosesinin bütün istiqamətləri üzrə aydın hərəkətlərə və qəti kompromis əsaslı həll yollarına ehtiyac var. Yəni oktyabrın 5-də liderlərin gözlənilən görüşündə ciddi qərarlar qəbul edilə bilər", - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər