29 Sentyabr 2023 13:06
15 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzurdan keçəcək dəhlizlə bağlı 4-5 yol variantı müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndi regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını nəzərdə tutur. Bənddə qeyd olunur ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə rahat gediş-gəlişini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir: “Nəqliyyat xəttinə nəzarət Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat marşrutlarının tikintisi təmin ediləcək”.

Ermənistan rəsmiləri yolların hardan keçəcəyi, yəni Azərbaycandan Türkiyəyə və əksinə, hansı marşrutlarla birləşdiriləcəyi barədə məlumat verməyə tələsməsələr də, Sünikdə (Zəngəzur) 4-5 yol variantının müzakirə olunduğu deyilir. Ən çox ehtimal olunan variant odur ki, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında nəqliyyat marşrutu, yəqin ki, Anqexakot kəndindən keçəcək”, - məlumatda deyilir.

Nəşr qeyd edir ki, dəhlizin keçəcəyi Anqexakot və Şaqat kəndləri Sisyan-Naxçıvan yolunun üstündə yerləşir:

“Azərbaycanın sərhəd qapısı Naxçıvanın Şahbuz rayonunun Biçənək kəndidir, vaxtilə yolun keçdiyi kənddir. Başqa sözlə, magistral (dəhliz) açılsa, türklər və azərbaycanlılar Anqexakotdan Şaqata, daha sonra isə Naxçıvan şəhərindən təxminən 30 km şimal-şərqdə yerləşən Şahbuz rayonuna daxil olacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər