ABŞ Dövlət Departamenti Ermənistanın Azərbaycana qarşı “etnik təmizləmə” ittihamını rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar “etnik təmizləmə”, “soyqırımı” və buna bənzər digər ittihamları ciddi qəbul edir.
“Yerdəki vəziyyəti izləyirik. Bunların baş verdiyinə dair sübutlar olduqda vəhşilik iddialarına cavab vermək üçün müvafiq addımlar atmaqdan və bunlara görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik. Amma həmişə olduğu kimi, soyqırımı və ya etnik təmizləmə qərarı düşünülmüş, sübuta əsaslanan prosesə əsaslanır. Mən bu tribunadan bu haqda danışa bilmərəm”, - Miller deyib.