4 Oktyabr 2023 12:52
2 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran şərti Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə bildirib.

“Cənubi Qafqaz regionunda gərginliyin qaldırılması təkcə Ermənistan və Azərbaycanın yox, bölgənin digər dövlətlərinin də maraqlarına uyğundur. Bununla bağlı İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır”, - general vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər