15 Yanvar 2015 21:58
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk “Charlie Hebdo” satirik jurnalına qarşı terror hücumuna münasibət bildirib.

Teleqraf.com-un verdiyi məlumata əsasən, Filippinə səfəri zamanı təyyarədə jurnalistlərə açıqlama verən Papa Fransisk dini inancların təhqir olunmasını yolverilməz saydığını bəyan edib.

Söz və dini etiqad azadlığının insanların ayrılmaz hüquqları olduğunu vurğulayan Roma Papası, eyni zamanda dinlərin təhqir olunmasını qınayıb və deyib ki, bu cür hadisə gözlənilən idi: “Düşüncəni ifadə etməyin də sərhədləri var. Kimisə təhrik etmək, inanclarına həqarət etmək və lağa qoymaq yolverilməzdir”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər