Avropa İttifaqı (Aİ) sərhədləri ətrafında getdikcə sıxlaşan münaqişələrin alov halqası ilə əhatə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Aleksandr Şallenberq Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasından əvvəl jurnalistlərə deyib.
“Avropa ətrafında alov halqası yaranıb və durmadan daralır. Söhbət təkcə Ukraynadan getmir, biz Ermənistan və Azərbaycandakı vəziyyət haqda da düşünməliyik”, - nazir bildirib.
Şallenberq həmçinin əlavə edib ki, Qərbi Balkanda da qeyri-sabitlik var, buna da nəzarət etmək lazımdır.
Nazirin sözlərinə görə, Aİ böhranlardan yalnız birinə diqqət yetirmək lüksünü üzərinə götürə bilməz: “Avropa İttifaqının diqqətini Fələstin-İsrail münaqişəsinə yönəltməsi onun digər böhranları gözdən qaçırmasına səbəb olmamalıdır”.