Oktyabrın sonunda Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
AB rəsmisi buna səbəb kimi vaxtın azlığını göstərib. Bununla belə, Klaar liderlər arasında yeni görüşün təşkilinə çalışdıqlarını söyləyib.
“Prosesin ləng getməsinə baxmayaraq, nəticənin sənədin (sülh müqaviləsinin) imzalanması olacağına inanırıq”, - AB rəsmisi vurğulayıb.