“Zəngəzur dəhlizi Türkiyə və Azərbaycan üçün mühüm məsələdir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Anna Kostanyan deyib.
“İndi (İrəvanda) Ermənistanın regional yol ayrıcına çevriləcəyindən çox danışılır. Dəhliz açılacağı təqdirdə Ermənistan yox, Naxçıvan regional kəsişmə nöqtəsinə çevriləcək. Xəritəyə baxanda məlum olur ki, hətta Ermənistanı İranla birləşdirən dəmir yolu da Naxçıvandan keçəcək”, - deputat bildirib.