26 Oktyabr 2023 13:54
6 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa, bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi? Ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur. Ermənistanda möhkənlənmək istəyən Fransa bizə Rusiya qədər problem yarada bilməyəcək, çünki qarşısında Azərbaycanla yanaşı, Türkiyəni də görəcək. Bununla Fransa özünü bəlaya salacaq.

NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqı və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu, yalnız Fransanın istəyindən asılı deyil”, - ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlamasıyla çıxacaq:

“Rusiya üç addımla Ermənistanı çökdürməyə çalışacaq. Birincisi, Ermənistana satdığı qazın qiymətini ya artıracaq, ya da axını tamamilə kəsəcək. İkincisi, öz bazarını Ermənistan məhsullarına qapadacaq. Üçüncüsü, Rusiyada işləyən ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq.

Fransa bu problemlərin hansı birinin həllində Ermənistana kömək edə biləcək? Fransa Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəzləyəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər