“İndi bütün ölkələrdən gələn mesaj eynidir: Sünikdə (Zəngəzur) təmsil olunmaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Rusiyanın Zəngəzurda konsulluq açmaq qərarı ilə bağlı danışarkən deyib.
“Ölkələr icma, iqtisadi və siyasi maraqları və sairi nəzərə alaraq konsulluqlar açır. Vəziyyət İrandakı kimidir, Fransa bunu açıqlayıb. Düşünürəm ki, digər ölkələrdən də diqqət artacaq”, - ölkə rəsmisi bildirib.
İran və Fransa məsələsində “Ermənistanın ərazi bütövlüyünün qorunması” ilə bağlı bəyanatların səsləndirilməsi və Rusiya tərəfinin siyasi mesajının nədən ibarət olması ilə bağlı məqamlara gəlincə, Ovannisyan söyləyib:
“Konsulluğun açılması həm də siyasi komponenti ehtiva edir. Amma burada söhbət mərkəzləşdirilməmiş əməkdaşlıqdan, iqtisadi maraqlardan, mümkün uyğun enerji nəqliyyatı layihələrindən gedir. Siyasi komponent ondan ibarətdir ki, bu regiona bütün nəticələri ilə maraq var”.
Beləliklə, Ermənistan rəsmisi Zəngəzura artan marağın dəhlizlə bağlı olduğunu gizlətməyib.