“Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Fransanın Ermənistana satdığı hərbi texnikanın iki yolla – Gürcüstan və ya İran üzərindən Ermənistana çatdırılması mümkün idi. Paris Tehranla bu məsələdə sövdələşməyə getmək istəmədi. Demək, Paris Gürcüstan hakimiyyətinin razılığını almaq üçün çalışmalı idi. Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, Fransanın təzyiqi və şantajı qarşısında hərbi texnikanın öz ərazisindən keçidinə şərait yaradıb. Görünür, Fransa Gürcüstanı Avropa İttifaqı üzvlüyü məsələsi ilə şantaj edib. Yəni deyiblər ki, Avropa İttifaqının üzvü olmaq və Fransanın dəstəyini almaq istəyirsənsə, hərbi texnikanın keçidinə şərait yaratmalısan.
Tiflisdə düşünüblər ki, hərbi texnikanın keçidinə şərait yaratmaq, Parisə “yox” cavabından daha faydalıdır. Amma gərək Gürcüstanın Ermənistana hədiyyəsini unutmayaq”, - ekspert bildirib.