14 Noyabr 2023 22:36
14 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Ermənistanla ticarət və təhlükəsizlik əlaqələrini genişləndirəcək, daha sıx əməkdaşlıq quracaq.

Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti Britaniya və Ermənistan arasında ilk strateji dialoq zamanı deyib.

Dokerti Ermənistan iqtisadiyyatının şaxələndirilməsinə və regional təhlükəsizliyin təşviqinə kömək etmək üçün ticarət və təhlükəsizlik sahəsində Ermənistanla daha sıx əməkdaşlığı təklif edib. O, uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyacın olduğunu vurğulayıb.

“Britaniya-Ermənistan strateji dialoqunun ilk görüşündə müsbət müzakirə apardıq. İkitərəfli münasibətlərimizi gücləndirmək və dərinləşdirmək üçün kifayət qədər müsbət impuls və imkanlar var. Ermənistan hökumətinin məsuliyyətli və müsbət yanaşmasını görürük, bu, sülhün qurulması istiqamətində mövqedir və təkcə Britaniya ilə deyil, bütün Qafqazla ticarət əlaqələrini inkişaf etdirmək istəyidir”, - Dokerti bildirib.

Britaniyalı nazir regionda baş verən son hadisələrə toxunaraq, tarixi sülh sazişinin əldə olunması üçün Azərbaycan və Ermənistanın beynəlxalq vasitəçilər tərəfindən aparılan danışıqlarda səmərəli iştirakının təcili zəruriliyini vurğulayıb.

Dokerti gələn həftə səfəri zamanı İrəvanda strateji dialoq mövzularının müzakirəsini davam edəcək.

Tərəflər arasında ilk strateji dialoqa Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da qatılıb. Erməni nazir Britaniyaya səfəri çərivəsində ölkəsinin Londondakı səfirliyinin yeni binasının açılışında da iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər