17 Noyabr 2023 10:43
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı Vitali Balasanyanın hansı cinayət işi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılaraq dindirildiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, Balasanyan ləğv edilmiş separatçı ordunun “qərargahının təhlükəsizlik idarəsinin rəis müavini”, polkovnik Norayr Aslanyana qarşı cinayət işi üzrə dindirilib.

Aslanyan odlu silah və sursatların qanunsuz dövriyyəsində ittiham olunur, 5 aydır həbsdədir.

Separatçı polkovnik Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər