20 Noyabr 2023 13:35
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ ermənilərinin geri qayıtması vacib məsələdir, amma bunu istəməsələr, məcbur edilə bilməzlər”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“Qəti inamımız var ki, ilk növbədə onların geri qayıtmaq hüququ təmin edilməlidir, geri qayıtmaq istəmələri üçün təhlükəsizlik hissi və şəraiti yaradılmalıdır. Düşünürük ki, bu, həll edilməli çox mühüm məsələdir. Amma insanlar istəməsələr, heç kəs geri qayıtmağa məcbur edilə bilməz”, - AB rəsmisi bildirib.

Azərbaycan-Ermənistan sülh müqaviləsindən danışan Klaar qeyd edib ki, sazişin əhatəli olması vacibdir:

“Hər şey Ermənistan və Azərbaycanın son nəticədə müqavilənin mətnini necə müəyyənləşdirəcəyindən və formalaşdıracağından asılıdır. Yekun sülh sazişinin həyata keçirilməsi, ondan sonra gələn şərtlərin yerinə yetirilməsi də eyni dərəcədə vacibdir. Burada, əlbəttə, kommunikasiyaların açılmasından, sərhədin demarkasiyasından danışmaq lazımdır. Mənim üçün həm də sərhəd boyu qüvvələr arasında məsafənin təmin edilməsi, sərhəd boyu sakinlərə veriləcək real təhlükəsizlik hissini, həm də daha geniş miqyasda təmin etmək çox vacibdir.

Bundan sonra səfirliklərin açılması, birbaşa hava əlaqələrinin bərpası, insanların qarşı tərəfə səyahət edə bilmələri kimi problemlər var.

Ritorika, əlbəttə, bütün maraqlı tərəflər üçün də vacib olacaq. 30 ildən artıq davam edən münaqişədən sonra söhbət təkcə Azərbaycanın deyil, həm də Ermənistanın ritorikasından gedir. Müxtəlif kontekstlərdə açıqlamalar oldu. Bütün kontekst Ermənistan və Azərbaycan əhalisinə real hiss yaratmaq baxımından dəyişdirilməlidir, biz indi başqa bir dünyadayıq. Elə bir vəziyyətdəyik ki, Cənubi Qafqaz Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində öz rolunu həqiqətən də sülhün kəsişmə nöqtəsi kimi yerinə yetirə bilər.

Mənim üçün bu, ən azı vacib olan sülh müqaviləsinin mətninin imzalanması qədər vacibdir. Bundan sonrakılar ən azı bir o qədər vacibdir ki, yerdə real dəyişiklik hissi olsun”.

Liderlər arasında görüşə gəlincə, AB rəsmisi Avropa Şurasının prezidenti Şarl Mişelin hələ də buna hazır olduğunu, mümkün qədər tez Brüsseldə onların görüşünü təşkil etmək istədiyini söyləyib:

“Tarixlər vacibdir. Amma ən əsası irəli getməkdir, diqqətimizi məhz buna yönəldirik, münasibətlərin real nizamlanması istiqamətində irəliləyişi təşviq etməyə çalışırıq”.

Klaar sülh müqaviləsində ciddi irəliləyiş üçün zəminin olduğunu iddia edir:

“Fikrimizcə, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməməyimiz üçün heç bir real səbəb yoxdur, çünki bunun üçün masada duran məsələlər çox azdır, hesab edirik ki, onlar dəfələrlə müzakirə olunub. Ona görə də irəli gedə bilməməyimizə, Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində çox sürətlə hərəkət edə bilməməsinə heç bir səbəb görmürük”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər