25 Noyabr 2023 09:06
2 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 30 noyabrda sərhəddə ikitərəfli görüş keçirəcək. Azərbaycanın təklifi bu idi ki, indiyə qədər Rusiyada və digər ölkələrdə görüş apardığı kimi sərhəddə də sülh danışığı aparsın. Ya da ki, görüş iki tərəfin məqbul hesab etdiyi məkanda aparılsın.

Bunu Teleqraf.com-a politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, davamlı olaraq Qərb masasına bizi dəvət edirlər:

"Ermənistan Rusiya, biz də Qərb masasına getmirik. Qərb platforması bizim maraqlarımıza uyğun deyil. Bu kontekstdən, hazırkı çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq, irəliləyiş əldə etmək üçün ən unikal təklifi Azərbaycan etdi. Ermənistan Azərbaycan sərhəddə danışıqlarda irəliləyiş əldə etmək üçün mütləq Rusiyaya üz tutmalıdır. Çünki bütün xəritələr Rusiyadadır. Bu isə Rusiyanın prosesdə iştirakını labüd edir. Xəritələr Rusiyada olduğu üçün hər iki tərəf Moskvanın vasitəçi olmasına razılaşmalıdır. Bu da Qərbin istəyinə uyğun deyil. Ona görə də böyük ehtimalla bu proses Qərbin müdaxiləsi ilə Ermənistan tərəfindən pozulacaq. İkitərəfli görüş görüntü xarakteri daşıya bilər. İndiyə qədər sərhəddə dörd görüş keçirilib. Amma heç birində irəliləyiş olmayıb. Çünki hansı xəritələrlə müəyyənləşməsi spesifik məsələdir. Sülh sazişi imzalamaq çətin məsələdir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər