27 Noyabr 2023 13:58
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa erməni hərbçilərini Ukrayna üçün Rusiyaya qarşı müharibəyə hazırlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı jurnalist, Dövlət Duması sədrinin keçmiş köməkçisi Anastasiya Kaşevarova deyib.

Jurnalist Fransa ərazisində təlim verilən erməni hərbçilərin Ukraynaya göndəriləcəyini iddia edir.

Koşevarovanın sözlərinə görə, hərbi hazırlıq barədə bundan əvvəl yayılan iddia sübutlarla öz təsdiqini tapıb. Jurnalist bu məqsədlə Fransada bir neçə təlim mərkəzindən istifadə olunduğunu, erməni hərbçilərinə NATO silahlarından istifadənin öyrədildiyini söyləyib.

“Bu təlim mərkəzlərindən bizə foto və video təsdiq göndərilib”, - Koşevarova vurğulayıb.

Onun məlumatına görə, Rusiyaya qarşı hazırlanan döyüşçülər arasında Ermənistan vətəndaşları ilə yanaşı, Qarabağdan çıxarılan separatçılar və ya yaraqlılar da var.

Kaşevarova qeyd edib ki, Ermənistan müdafiə naziri Suren Papikyanın oktyabrda Fransaya səfəri zamanı bu ölkədən olan həmkarı Sebastyan Lekornu ilə görüşündə müzakirə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər