29 Noyabr 2023 11:33
2 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda anadan olan Vilen Qabrielyan Azərbaycanda yaşamağa hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatıdır.

Vilen Bakıda yaşamağa hazır olduğunu deyib, onun sözlərinə görə, təhlükəsizlik şərtləri Azərbaycan hakimiyyəti tərəfindən təmin edilərsə, bunu edə bilər.

Deputat Ermənistanla Azərbaycan arasındakı düşmənçiliyin əbədi davam etməyəcəyini, nə vaxtsa barışacaqlarını söyləyib. Vilen qeyd edib ki, dünyada bir çox dövlətlər uzun illər bir-birləri ilə müharibə etsələr də, sonra barışıb sülh içində yaşamağa başlayıblar.

“Bütün bunlardan sonra toplumlar bir-birləri ilə barışmağa çalışmalıdır”, - deputat vurğulayıb.

Qabrielyan hesab edir ki, qaçqınların geri qayıtması məsələsi hər iki tərəfdən müzakirə olunmalıdır, yəni həm ermənilərin Azərbaycana, həm də azərbaycanlıların Ermənistana qayıtmaları.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər