Almaniya Avropa Birliyi ilə birlikdə Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün intensiv işləyir.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
“Azərbaycanla Ermənistan arasında etimad addımları ümid doğurur. Məhbusların qarşılıqlı azadlığa buraxılması mühüm addımdır. Hərtərəfli sülh sazişinin mümkünlüyünü qiymətləndirmək üçün Avropa Birliyi ilə intensiv işləyirik”, - Almaniyanın baş diplomatı vurğulayıb.