12 Dekabr 2023 12:39
8 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan anlayır ki, separatçıların “nümayəndəliyinin” fəaliyyətini qadağan etməsə, bu, Azərbaycanla danışıqlara mənfi təsir edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert separatçıların Ermənistandakı pozucu fəaliyyətlərinə diqqət çəkib:

“Vacib məsələlərdən biri də Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyinin” fəaliyyətini davam etdirməsidir. Həmin “nümayənədlik”dən təxribaçı açıqlamalar verilir, toplantılar keçirilir. Orada toplaşanların hədəflərindən biri Ermənistan hökuməti, digəri Azərbaycandır. Ermənistan hökuməti “nümayəndəliyi” yanvarın əvvəlində bağlamağı planlaşdırır. Radikal müxalifət “Qarabağ klanı” ilə birgə buna mane olmağa çalışacaq.

Gələn ay İrəvanda ciddi qarşıdurma gözlənilir. Baş nazir Nikol Paşinyan anlayır ki, separatçıların “nümayəndəliyinin” fəaliyyətini qadağan etməsə, bu, Azərbaycanla danışıqlara mənfi təsir edəcək, sülh sazişinin imzalanması yolunda əsas maneələrdən birinə çevriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər