12 Dekabr 2023 15:52
2 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla sülh müqaviləsi ilə bağlı dərin danışıqlar prosesindədir. Bu gün bizim gündəmimizdə sülh müqaviləsi və bundan irəli gələn addımların ardıcıllığı var. Hesab edirəm ki, sülh müqaviləsi, sülhün bərqərar olması və təhlükəsizliyin təsdiqini mübahisəsiz bir reallığa çevirmək üçün bütün mümkün platformalardan istifadə etməliyik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaqarşak Akopyan deyib.

Deputat Azərbaycan və Ermənistanın saxlanılan hərbçilərin qaytarılması ilə bağlı anlaşmasına da diqqət çəkib:

“Maneə ilə bağlı heç bir məlumatım yoxdur, deyə bilərəm ki, razılıq əldə olunub və hərbçilərin qaytarılmasını gözləyirik. Bunun gec olub-olmayacağını söyləmək üçün dəqiq məlumatım yoxdur. Razılıq əldə olunub, hər iki tərəfdən bəyanat verilib, hansısa dəyişikliyin olacağını düşünmürəm”.

Razılaşmaya əsasən Azərbaycan Ermənistanın 32, qarşı tərəf Azərbaycanın 2 hərbçisini qaytarmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər