Ukrayna Prezidenti Vladimir Zelenski Qərb üçün yükə çevrilib. Ona görə də qərb ölkələri ondan qurtulmağın yollarını axtarırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə ingiltərəli ekspert Tomas Faci bildirib.
Onun sözlərinə görə, qərb ölkələri Ukrayna ilə bağlı yeni strategiyası axtarırlar: "Zelenski onlar üçün artıq dəyərli resurs deyil. Məhz bu səbəbdən ABŞ-dan gələn yardım xeyli azalıb. Ukrayna daxilində həm siyasətçilər, həm də cəmiyyətdə prezidentdən narazılıq artır. ABŞ danışıqlara başlamaqla Rusiya-Ukrayna münaqişəsini həll edə bilərdi. Lakin bu, Zelenskidən qurtulmağı tələb edə bilər".