Bu gün Mərdəkan istiqamətində hərəkətdə olan müğənni Rüfət Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb.
Teleqraf.com xəbər verir ki, müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Bakı şəhər DYPİ-dən Teleqraf.com-a bildirilib ki, R.Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olunan cərimə meydançasına yerləşdirilib.
Qeyd olunub ki, toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.