Çin Tayvana nəzarəti bərpa etmək üçün tədbirlər görəcəyi təqdirdə Pekinə qarşı sanksiyalar hazırlanacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın senatoru Lindsey Qraham deyib.
"Demokrat və Respublikaçı senatorlarla çalışacağam ki, iki işi tez bir zamanda həll edək. Birincisi, Tayvan üçün güclü əlavə müdafiə yaratmaq. İkincisi, Tayvanı ələ keçirmək üçün hərəkətə keçərsə, Çinə qarşı tətbiq olunacaq cəhənnəm sanksiyalarının layihəsini hazırlamaqdır", - deyə Qraham bildirib.