İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşündə Tehranın Ermənistana Təbriz şəhərində baş konsulluğunun açılmasına razılıq verdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o, konsulluğun yanvarda fəaliyyətə başlayacağını söyləyib.
“Ümid edirik ki, yeni ilin ilk həftələrində həmkarımla Təbrizdəki baş konsulluğun rəsmi açılış mərasimində görüşəcəyik”, - Abdullahiyan deyib.
Nazir İranın Qafan şəhərində (Zəngəzur) baş konsulluğunun açılmasını da xatırladıb.