ABŞ yeni hərbi yardım paketi ayırmaqla Ukraynaya dəstəyini davam etdirdiyini göstərib. Vaşinqton döyüş meydanında Rusiyanı məğlub etmək səylərinin puç olduğunu başa düşməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
“Vaşinqton Ukraynaya qanlı yeni il hədiyyəsi göndərir. ABŞ-ın Ukraynaya növbəti 250 milyon dollarlıq hərbi yardım paketini ayırması son Ukraynaya qədər müharibə konsepsiyasına sadiqliyini bir daha nümayiş etdirir. Administrasiya rus əsgərlərinin uğurunu görməyə bilməz. Amma rəsmilər Rusiyanın Marinkanın azad edilməsində sarsıdıcı uğurunu etiraf etməkdən qorxurlar. Hər şey tərs çevrilir. Ukraynanın fetiş qələbələri reklam olunur. Vaşinqton Rusiyanı döyüş meydanında məğlub etmək səylərinin mənasızlığını başa düşür", - səfir bildirib.