Sülh sazişi Azərbaycan və Ermənistan arasında bütün problemlərin həlli demək olmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir. Buna baxmayaraq, sülh sazişi iki ölkə arasında bütün problemlərin həlli demək olmayacaq. Sülh sazişinin fəlsəfəsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Sərhədin müəyyənləşməsi və dəhliz məsələsi müqavilənin xaricində qalacaq, bunlar sonrakı danışıqlar predmetidir. Tərəflər sazişin imzalanmasına nə qədər yaxındırlarsa, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması mövzularına vaxt daha çox sərf olunacaq”, - ekspert bildirib.