Qətlə yetirilən Mehman Əhmədov sabiq məmurdur.
Teleqraf.com xəbər verir ki, o, 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub.
Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
***
17:35
Bu gün Bakıda ailəsi ilə birgə qətlə yetirilən şəxs məktəb direktoru olub.
Teleqraf.com xəbər verir ki, o, Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb. Məktəb Xətai rayonu ərazisində yerləşir.
Bikə Əhmədova 01.09.2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə Riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini tutub. 2021-ci ildən 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.
2015-ci ildə məktəb direktorları və direktor müavinləri üçün məktəbin idarə edilməsi üzrə təlimlərdə iştirak edib. III və IV Qrant layihənin qalibi olub.
Qeyd edək ki, hadisə saat 16:30 radələrində paytaxtın Xətai rayonunda baş verib. 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu kəsici alətlə qətlə yetirilib. Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.