19 Fevral 22:26
2 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın illərdə Cənubi Qafqazda birlik görmək çətin olacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“İlham Əliyev Azərbaycanın yenidən seçilmiş prezidenti kimi ilk dövlət səfərini Türkiyəyə etdi. İrakli Kobaxidze isə Gürcüstanın yeni baş naziri kimi ilk rəsmi səfərlə Brüsselə (Belçika) getdi.

Türkiyə və Avropa Birliyi (AB) Cənubi Qafqazdakı proseslərə müxtəlif yollarla təsir edən iki güc mərkəzidir. Bu isə regionda siyasi inteqrasiyanın nə qədər mümkün olduğunu göstərən faktordur.

Ermənistanla (Baş nazir Nikol Paşinyan) bağlı ümumiyyətlə susuram. Beləliklə, yaxın illərdə çətin ki, vahid Cənubi Qafqaz görəcəyik. Bunlar nəzərə alınmalı reallıqlardır”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər