Ermənistanın gələcəyi KTMT ilə bağlı deyil, bu, istisnadır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Armen Xaçaturyan deyib.
Rəsmi İrəvanın KTMT ilə bağlı ittihamlarını “yalan” adlandıran Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya deputatın cavabı belə olub:
“KTMT Ermənistan üçün bir təhlükəsizlik sistemi idi, amma işləmir, işləmədi. Əgər KTMT bizim üçün təhlükəsizlik sistemi idisə, o sistem işləmirsə, görürük ki, işləyə də bilməz, o zaman biz o təhlükəsizlik sistemində olmayacağıq, bu, istisnadır. Gedəndə nə elan edəcəyik, nə də bir şey edəcəyik, amma KTMT-yə nə iqtisadi maraqlar, nə də başqa məqsədlər üçün daxil olmuşuq. Xüsusilə təhlükəsizliyimizi təmin etmək üçün quruma girdik. Əgər o təhlükəsizliyi təmin etmirsə, üstəgəl, deyirsə ki, sərhəddən - Ermənistan sərhədləri ilə bağlı şübhələrim var, bizim o təhlükəsizlik sistemində işimiz yoxdur”.
Xaçaturyan iddia edib ki, KTMT heç vaxt Ermənistana yardım etməyib.
Zaxarova bundan əvvəl İrəvanın regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskva və KTMT-nin Ermənistana kömək etməməsi barədə bəyanatlarını “yalan” adlandırıb:
“Bu doğru deyil, yalandır. İrəvan bu qərarı Qərblə məsləhətləşdikdən sonra verib. İrəvanın Qarabağla bağlı verdiyi qərarlara görə Rusiya və KTMT-nin günahı olduğunu iddia edən bəyanatlarını və bu ideyanı yayanların hamısını yalan hesab edirəm”.