6 Aprel 22:52
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa Birliyi (AB) ilə Brüsseldə keçirilən görüş regionda Ermənistan üçün problemləri artıra bilər.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qrant Məlik-Şahnazaryan deyib.

Ekspert Qərbə inteqrasiya xəttini gücləndirən İrəvanın ənənəvi müttəfiqləri İran və Rusiyanı Ermənistana qarşı çevirdiyini iddia edir.

Şahnazayanın sözlərinə görə, regional və kənar qüvvələr arasında əsas mübarizə Zəngəzur dəhlizi ilə əlaqəlidir:

“Əsas mübarizənin Ermənistan ərazisindən türk dəhlizinin yaradılmasından ibarət olduğunu başa düşmək olar. Rusiya bu dəhlizin öz nəzarətində olmasını istəyir, Türkiyə-Azərbaycan ittifaqı ümumiyyətlə nəzarət istəmir, Qərb də öz nəzarət mexanizmlərini qurmağa çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər