12 İyul 19:31
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanma hadisəsi zamanı xəsarət aldığı bildirilən sabiq prokurorluq əməkdaşı Zeynal Usubov məsələ ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Z.Usubov hadisənin ona aidiyyəti olmadığını, ümumiyyətlə heç bir xəsarət almadığını bildirib:

“Mənimlə bağlı heç bir hadisə olmayıb. İndi idman zalındayam, gəlib görsünlər ki, o xəsarət mənim haramdadır? Davada iştirak edənləri tanıyıram, amma nədənsə mənim adım hallanıb. Düzdür, dava zamanı obyektdə olmuşam, amma onların yanında olmamışam. Hadisənin mənə aidiyyəti yoxdur. Hadisə də yeni deyil, bir ay əvvəl olub. Özüm də bir ay idi Azərbaycanda yox idim, sərhədkeçməni yoxlaya bilərlər, iki gündür gəlmişəm”.

Qeyd edək ki, Zeynal Usubov 2023-cü ilin aprel ayında prokurorluq orqanlarından xaric olunub. O, Nərimanov rayon prokurorunun müavini vəzifəsində çalışıb.


Müəllif: Mənbə/Qafqazinfo

Oxşar xəbərlər