9 Avqust 13:09
2 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər münasibətlərin normallaşmasına dair sənəddə ikitərəfli gündəliyin əsas müddəaları müzakirə olunmursa, o zaman sazişin hansısa formada imzalanması nə ilə nəticələnəcək?

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, sülh sazişinin hazırda müzakirə olunan mətnində Qarabağ və digər məsələlər yer almır:

“Ermənistanla Azərbaycan arasında regional blokada (nəqliyyat yolları – red.) məsələsinin sülh sənədindən çıxarılması və ayrı-ayrılıqda müzakirəsi ilə bağlı razılaşma çoxlu suallar doğurur.

Əvvəlcə sülh müqaviləsi üç əsas komponentdən ibarət idi: Qarabağ məsələsi, (kommunikasiyaları) regional blokadadan çıxarma və sərhədin delimitasiya-demarkasiyası.

İndi iki məqam çıxarılıb, hazırda danışıqlar əsasən sərhədlərin delimitasiyası ilə bağlıdır. Amma burada sual yaranır ki, münasibətlərin normallaşmasına dair sənəddə ikitərəfli gündəliyin əsas müddəaları müzakirə olunmursa, o zaman sazişin hansısa formada imzalanması nə ilə nəticələnəcək? Yoxsa aysberqin görünməyən hissəsində başqa məsələlər var?”

Abramyan sülh müqaviləsinin mətninin Azərbaycanın maraqlarını tam əks etdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər