Bakı və İrəvan Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı razılaşıb, buna əminəm.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.
“Görünən odur ki, Qərbin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan təmasları olub və müəyyən razılaşmalar əldə edilib. Strateji razılaşmanın da əldə edildiyinə dair etibarlı məlumatım var”, - ekspert bildirib.
Ovannisyanın sözlərinə görə, Prezident İlham Əliyevin bütün strateji tələbləri qəbul edilib və yerinə yetiriləcək. O, bura dəhlizin açılması və anklavların təhvil verilməsi məsələləri ilə yanaşı, Ermənistandan (Qərbi Azərbaycan) olan qaçqın soydaşlarımızın geri qaytarılmasının da daxil olduğunu söyləyib.
“Əliyevin strateji tələbləri qəbul edilib: dəhlizin açılması, qaçqınlar və anklavların qaytarılması və sair. Mümkündür ki, tənzimləmələr fərqli keyfiyyətdə olsun”, - Ovannisyan əlavə edib.