Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyandan danışıqların birbaşa aparılmasına dair razılıq alıb.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Rusiya lideri Bakıda bildirdi ki, Moskva sülh sazişinin imzalanması üçün nəsə edə bilsə, bundan məmnun olardı. O, həmçinin Bakıda danışıqların nəticələrini Baş nazir Nikol Paşinyana söyləyəcəyini qeyd etdi. Güman edirəm ki, Putin və Əliyev müəyyən razılığa gəlib və bu barədə Rusiya prezidenti Ermənistanın baş nazirinə məlumat verəcək. Bundan öncə də demişdim ki, Azərbaycan Rusiya ilə Qərb arasında “son seçim” etməyə tələsmir, əksinə, hər kəs üçün öz strateji əhəmiyyətini fəal şəkildə artırır. Bu mövqeyimi bir daha təsdiqləyirəm, amma bu o demək deyil ki, Moskva və Bakı heç olmasa ümumi gündəmə gələ bilməz”, - ekspert vurğulayıb.
Rusiyanın mümkün vasitəçiliyinə gəlincə, Surenyants qeyd edib ki, Bakı və İrəvan daha öncə sülh danışıqlarının vasitəçi olmadan davam etməsi barədə anlaşıb: “Əliyev Paşinyandan danışıqların birbaşa - vasitəçisiz aparılmasına dair razılıq alıb”.
Politoloqun sözlərinə görə, İrəvan Bakı ilə müqayisədə Qərblə Rusiya arasında son seçimini ikincinin xeyrinə edib: “Buna görə də, Paşinyan Rusiyanın vasitəçiliyində maraqlı deyil”.
Surenyants Azərbaycanın Ermənistandan fərqli olaraq, tərəflər arasında seçim etmədiyi və özünü hədəfə gətirmədiyini, ağıllı oynayaraq gedişatı öz lehinə çevirməyi bacardığını etiraf edib.