Qərbin təsirini artırmağa çalışdığı Cənubi Qafqazda vəziyyət çətin olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bunu KTMT Baş Qərargahının rəisi, general polkovnik Andrey Serdyukov deyib.
“Qafqaz regionunda da vəziyyət heç də az çətin deyil. Əsasən həll edilməmiş ərazi məsələləri və Qərbin Cənubi Qafqazda öz təsirini artırmaq istəyi ilə bağlı ziddiyyətlərin yüksək səviyyədə olması xüsusi narahatlıq doğurur”, - rusiyalı general bildirib.
Serdyukov Qərbi Azərbaycan və Ermənistan arasındakı gərginlikdən Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün istifadə etməyə çalışmaqda ittiham edib.