5 Sentyabr 15:55
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin (AB) Ermənistan-Azərbaycan sərhədində işləyən missiyası monitorinq adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Rusiyalı diplomat iki il əvvəl Ermənistana hərbi-texniki yardım təklif etdiklərini bildirib:

“İrəvan 2022-ci ilin sentyabrında KTMT-nin Azərbaycanla sərhəddə vəziyyətin sabitləşdirilməsi ilə bağlı təklifini həyata keçirməyə razılaşsaydı, Ermənistanın bu gün üzləşdiyi bir çox risklər (?) zərərsizləşdirilə bilərdi. Söhbət ciddi təşəbbüslər, o cümlədən hərbi-texniki yardımdan, monitorinq missiyasının çatdırılmasından, sərhəd qoşunlarının təliminə dəstəkdən gedirdi. Təəssüf ki, Ermənistan rəhbərliyi dövlətin sərhədlərini qorumaq üçün heç bir iş görməyən, lakin “monitorinq” adı altında Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Avropa Birliyi missiyasını dəvət etməyi üstün tutdu”.

Onun sözlərinə görə, Cənubi Qafqazın taleyi və gələcəyi müstəsna olaraq region ölkələri və qonşu tərəfdaş dövlətlər tərəfindən həll edilməlidir:

“Kənardan heç kim ümumi evimizə sülh və firavanlıq gətirməyəcək. Əgər biz uzunmüddətli regional təhlükəsizlik, sabit sosial-iqtisadi inkişafın təmin edilməsi məsələlərindən danışırıqsa, orada qətiyyən buna uyğun gəlməyən kollektiv Qərbin regionun militarizasiyası, AB və NATO-nun hərbi-siyasi təsirinin genişləndirilməsi ilə bağlı planları həyata keçirilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər