5 Sentyabr 21:36
2 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya keçmiş SSRİ-nin repressiya aparatının məğzini dəyişdirə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert məsələ ilə əlaqədar Rusiyada verilən son qərara diqqət çəkib:

“Rusiya Nazirlər Kabinetinin sərəncamı ilə “Siyasi repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Siyasəti Konsepsiyası”nda dəyişikliklər edilib. Sənəddən repressiyalarla bağlı “kütləvi” sözü çıxarılıb. Yəni demək istəyirlər ki, keçmiş SSRİ-də repressiyalar kütləvi xarakter daşımayıb, milyonlarla insan repressiya qurbanı olmayıb.

Sənəddə sovet illərində məcburi kollektivləşdirmə və bununla bağlı aclıqdan da danışılmır. Halbuki milyonlarla insan zorakı kollektivləşmənin və bunun nəticəsində yaranan açlığın qurbanı olub.

Göründüyü kimi, Moskva sovetin qanlı tarixini dəyişdirməyə, Stalin repressiyalarını yumşaltmağa çalışır. Kremlin Stalinə sevgisi bəllidir. Elə Rusiyada keçirilən sorğular da bu qəddar diktatora rəğbətin olduğunu göstərir.

Stalinin ölüm maşını Azərbaycandan da yan keçməyib, minlərlə ziyalımız repressiyanın qurbanı olub. Rusiya hökuməti “kütləvi” sözünü sənəddən çıxarsa da, bu, repressiya aparatının məğzini dəyişdirməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər