Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadan sonra Qərbin (ABŞ və Avropa Birliyi) də vasitəçiliyindən imtina edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Erməni nəşri bildirir ki, hazırda Paşinyan Qərbdən çox Bakının zəmanətlərinə bel bağlayır:
“Ermənistan rəhbərliyi hər vəchlə sığınmağa və yönünün ora olduğunu göstərməyə çalışdığı Qərbin vasitəçiliyindən niyə imtina edir? Ola bilsin, Paşinyan aydınlaşdırmağa çalışır ki, o da Qərbə ümid bəsləməməlidir, çünki Qərb dövlətləri onu tərk ediblər, gedən proseslərdə tək qoyublar. Belə çıxır ki, Nikol Paşinyan ümidini Azərbaycan zəmanətlərinə bağlayır”.