18 Sentyabr 11:44
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə naziri Qriqor Minasyanın rəhbərlik etdiyi Konstitusiya İslahatları Şurası Konstitusiyanın bəzi müddəalarının dəyişdirilməsi ilə məşğul olarkən, Xarici İşlər Nazirliyi bu məsələnin “Ermənistanın daxili işi” olduğunu təkid edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.

Nəşr Azərbaycanla sülh danışıqlarının hansı mərhələdə və tərəflərin hansı zaman çərçivəsində sənədi imzalamağa hazır olduğunu öyrənmək üçün Ermənistan XİN-ə sorğu göndərib.

Qəzet həm də rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün əsas tələb olaraq irəli sürdüyü Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinə İrəvanın əməl edib-etməməsi ilə də maraqlanıb.

Ermənistan XİN “Joqovurd”un sualına qısa cavab verib: “Ermənistan Respublikasının Konstitusiyası ilə bağlı məsələlər Ermənistan Respublikasının daxili işidir”.

Mənbə vurğulayır ki, İrəvan bunu “ölkənin daxili işi” adlandırsa da, Bakının tələbini yerinə yetirməklə məşğuldur:

“Maraqlıdır: bu günlərdə ədliyyə nazirinin rəhbərlik etdiyi Konstitusiya Şurasının iclasları keçirilir, ana qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunur, digər tərəfdən isə Ermənistan XİN bunun Azərbaycan tərəfindən ilkin şərt olmadığını iddia edir. Yəni XİN danışıqlarla bağlı suallardan yayınır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər