"İsrail Hərbi Hava Qüvvələri tam gücü ilə fəaliyyət göstərməyə davam edir və bu gecə də Yaxın Şərqə güclü zərbələr endirməyə davam edəcək”.
Teleqraf.com "Times of İsrail"ə istinadən xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Hagari jurnalistlərə açıqlamasında bildirib.
“İsrail və ABŞ-ın hava hücumundan müdafiə sistemləri effektiv işləyirdi. İranın İsrailə 180 raket zərbəsi endirməsinin aşkarlanması və ələ keçirilməsində sıx əməkdaşlıq olub” - Hagari deyib.
"Biz hələ də hücumun nəticəsini araşdırırıq və düşmənə bütün məlumatları vermək istəmirik" - Hagari əlavə edib.
Hagari bu axşam baş verən hadisələrin nəticələrinin olacağını bildirib.