Müasir İncəsənət Mərkəzində “Evrika” liseyinin təşəbbüsü ilə şagirdlərin əl işlərinin sərgisi keçirilib.
Teleqraf.com-un məlumatına görə, sərgidə 100-ə yaxın rəsm əsərləri və müxtəlif əl işləri nümayiş etdirilib.
Eyni zamanda liseyin şagirdləri İçərişəhərdə “Hər uşaq bir rəssamdır” sərgisinə qatılıblar. Şagirdlər öz rəssamlıq bacarıqlarını kağız, vitraj (şüşə üzərində rəsm) üzərində nümayiş etdiriblər. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, bu rəsmlərdə təkcə ölkəmizin deyil, digər ölkələrin də mənzərəsi, tarixi və memarlıq abidələri əks olunub.
Layihənin əsas məqsədi müasir incəsənət strategiyası kontekstində tarixi-mədəni irsin qorunub saxlanması və aktuallaşdırılması, həmçinin sağlam vətəndaş cəmiyyəti şəraitində yaradıcı şagirdlərin fəaliyyət təcrübəsinin və səviyyəsinin yüksəldilməsi olub.
BƏXTİYAR