9 Mart 2015 16:06
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Milli Məclisin spikeri Oqtay Əsədovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com-un məlumatına görə, 2015-ci il martın 5-də imzalanmış fərman RF-nin hüquqi informasiya portalında dərc olunub.

Fərmanda bildirilir ki, Oqtay Əsədov və Əli Həsənov "Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində böyük töhfəyə" görə təltif ediliblər.


Müəllif: