3 Aprel 2015 00:29
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-də ölkəmizdə səfərdə olan Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Azərbaycandakı səfirliyində olub.

Azərbaycan və Fransa ali təhsil ocaqlarının rektorlarının, bir sıra sənaye şirkətlərinin nümayəndələrinin iştirak etdiyi görüşdə Fransanın ölkəmizdəki səfiri Paskal Mönye son illər hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da inkişaf etdiyini bildirib.

Fransa nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın üç ali məktəbi ilə memorandumlar imzalayıb. Təhsil Nazirliyinə minnətdarlığını bildirən diplomat hər iki tərəfin bu əməkdaşlıqdan faydalanacağına əminliyini bildirib.

Nümayəndə heyəti adından azərbaycanlı həmkarlarına təşəkkürünü bildirən A.Beretz qeyd edib ki, Azərbaycan universitetləri ilə geniş əlaqələrin qurulması gələcək əməkdaşlığa töhfələr verəcək.

Təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, bu gün Fransa ilə Azərbaycanın təhsil əlaqələri yüksək səviyyədədir. Artıq Fransanın bir neçə universitetində Azərbaycan dili tədris olunur, Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaradılıb. Eyni zamanda, Azərbaycanın ali məktəblərində fransız dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar gələcək əməkdaşlığa nikbin baxmağa zəmin yaradır. Əminəm ki, hər iki ölkə arasında təhsil əlaqələri güclənəcək, həmçinin tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və digər layihələr uğurla nəticələnəcək.


Müəllif:

Oxşar xəbərlər