5 Aprel 2015 17:37
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əczaçılıq sahəsi Rusiya və Azərbaycan arasındakı əməkdaşlığın perspektiv istiqamətlərindən biridir.

Bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Palatasının sədri Eldar Tlyabiçev deyib.

O, qeyd edib ki, Rusiya həm dərman preparatlarının, həm də tibbi avadanlıqlar və texnikanın istehsalında yaxşı potensiyala malikdir: “Hazırda Azərbaycanda tibbi xidmətlər göstərən, dərman preparatları və tibbi avadanlıqların gətirilməsi ilə məşğul olan bir sıra Rusiya şirkətləri fəaliyyət göstərir".

E.Tlyabiçevin sözlərinə görə, 2015-ci ilin mayında Bakıya Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun səfəri gözlənilir: "Bu səfər zamanı Bakıda əczaçılıq sənayesi üzrə forum-sərgi keçiriləcək. Həmçinin Rusiyanın Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi arasında sazişin imzalanması gözlənilir. Denis Manturovun səfərinə hazırlıq məqsədilə gələn həftə Bakıya onun müavini Sergey Tsıb gələcək”.


Müəllif:

Oxşar xəbərlər