5 May 2015 16:31
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün mayın 5-də İstanbul şəhərinə gəlib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaqdır.

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.

BƏXTİYAR


Müəllif: