15 May 2015 11:16
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvandadır.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Z.Həsənov təlimlərin növbəti mərhələsini müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Türkiyənin 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə birgə təlimlərin, müdafiə sahəsində təcrübə mübadiləsinin vacibliyi, hərbi əməkdaşlığın əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.

Sonra müdafiə naziri və türkiyəli qonaqlar Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə, Şəhidlər Xiyabanına, türk şəhidliyinə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ziyarət ediblər.

BƏXTİYAR


Müəllif: